Modern.az

Çöhrəqanlı niyə istefa verdi?

Çöhrəqanlı niyə istefa verdi?

Təhsil

15 May 2010, 23:24

Uzun müddətdir ABŞ-da mühacirətdə uaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) sədri Mahmudəli Çöhrəqanlı təşkilatdan istefa verdiyini bəyan edib. O, istefa qərarını GAMOH-çulara etdiyi müraciətdə açıqlayıb. Müraciətdə bildirilir:

“Əziz GAMOH-çular, hər kəsə və özəlliklə siz əzizlərə bəlli olduğu kimi, millətimizi bu acınacaqlı durumdan, ulusumuzu əsarətdən və yurdumuzu işğaldan qurtarmaq üçün gərək duyulan hər hansı görəvi çəkinmədən yerinə yetirməyə can atmışam. İçəridə olduğum zamanlar məktəblərdə ilk türkcə dil kursları qurmaqdan tutmuş seçkilərə qatılıb, dustağa düşüb və aclıq aksiyasına qədər nə gərəkdirsə bir lider olaraq girişmişəm. Bunlar millətçi olaraq görəvim, vətənə və millətimizə olan borcumuzun bir bölümünü ödəmək üçün idi. Ona görə də onları çətinliklərinə baxmayaraq sevə-sevə etmişəm. Yenə də hamıdan artıq sizə bəlli olduğu kimi, millətimizin haqq səsini dünyaya çatdırmaq üçün, qürbətdə yaşamağı da seçməkdən çəkinməmişəm. Üstümüzə gələn bütün təhlükələrə baxmayaraq qurtuluşumuz üçün gərək olan təşkilatlanmanı başlayıb siz əzizlərə arxalanaraq gücləndirməyə çalışmışam”.
M.Çöhrəqanlı “Məzlum və şərəfli millətimizin qeyrətli igidləri” deyə xitab etdiyi GAMOH-çulara daha sonra bildirib: “
Güneydə olduğum zamandan təməlləri qurulan GAMOH artıq keçən 15 ildə elə bir duruma gəlib çatıb ki, bu qutsal yolu dayanmadan sonunadək sürəcəyinə və tam milli mənfəətlərimizi düşünərək ən əlverişli qərarı verəcəyinə umudlu və arxayın olmaq olar. Siz əzizlərin çabaları sonucunda bu səviyyəyə çatan təşkilatın varlığı “artıq örgütlənmə ilə bağlı üzərimdə olan görəvin sürməsini siz əzizlərə tapşırmağın zamanıdır” fikrini məndə yaratmışdır. Dəyərli GAMOH Mərkəzi Komitəsi üzvləri! Bununla da bir lider olaraq indiyədək həyata keçirdiyim təşkilat başqanlığı görəvindən, habelə təşkilat üzvlüyündən istefa diləyimi qəbul etmənizi və əsasnaməyə dayanaraq yeni başqanın seçilməsinədək başqana aid bütün yetkiləri Mərkəzi Komitənin üzərinə götürməsini istəyirəm. Son olaraq vurğulamaq istəyirəm ki, Çöhrəqanlı olaraq milli qurtuluş yolumuzdan bir an belə çəkilməməyim və bütün millətçi arxadaşlarımla birgə yolun sonunadək çalışacağım qətidir. Yaxın gələcək millətimizin istədiyi kimi qurtulacağı və özünə aid milli dövlətini quracağı zamanıdır”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi