Modern.az

Qarabağ məsələsi Avropa parlamentində müzakirəyə çıxarılır

Qarabağ məsələsi Avropa parlamentində müzakirəyə çıxarılır

Təhsil

17 May 2010, 16:20

Avropa parlamentinin mayın 20-də keçiriləcək plenar iclasında Dağlıq Qarabağ münaqişəşi müzakirə olunacaq. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, plenar iclasda Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə strategiyası diqqətdə olacaq. Bolqarıstandan olan deputat Yevgeni Kirillov Dağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyə – Ermənistan münasibətlərinin normallaşdırılmasına dair hazırladığı hesabatı təqdim eləcək. Bundan əlavə, “Şərq tərəfdaşlığı“ çərçivəsində AB-nin Azərbaycan, Gürcüstan və Ermənitanla insan haqları, iqtisadi inkişaf və sosial mövzularda əməkdaşlıq məsələləri  müzakirə olunacaq.

Plenar iclasın sonunda AB-nin Cənubi Qafqaz ölkələri üzrə strategiyasına dair qətnamə qəbul olunacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi