Modern.az

Qənirə Paşayeva Çinə gedir

Qənirə Paşayeva Çinə gedir

Təhsil

17 May 2010, 20:53

Milli Məclisin deputatı Qənirə Paşayeva Ümumdünya Qlobal  Qadın Sammitində  iştirak  etmək üçün mayın 17-dən 23-dək Çin Xalq Respublikasında səfərdə olacaq. Modern.az  Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, Pekin şəhərində  keçiriləcək, 1000 nəfərə yaxın  qadının  qatılacağı  tədbirdə deputatımız müzakirə edilən məsələlərə öz münasibətini  bildirəcək, Azərbaycanda qadın hüquqları, onların müxtəlif sahələrdə qazandıqları uğurlar və problemlər barədə danışacaq.
 Səfər müddətində Qənirə Paşayeva tədbirdə iştirak  edən qadın millət vəkilləri,  ictimai-siyasi xadimlər və işgüzar qadınlarla görüşlər keçirəcək, Ermənistanın təcavüzü  nəticəsində Azərbaycan torpaqlarının işğalı,  minlərlə qadının öz  doğma yurd-yuvasından didərgin düşməsi, əsir  və  girov  götürülməsi  barədə  məlumatları onların  diqqətinə çatdıracaq. 
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi