Aprelin 28-29-da Quba rayonunun Çiçi kəndində baş verən torpaq sürüşməsinə meylli sahələrdə sürüşmə prosesi yenidən fəallaşıb. Modern.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.
"Əraziyə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, sürüşmənin hərəkət istiqamətində müxtəlif çatlar və yeraltı suların yer səthinə çıxışları mövcuddur. Sürüşmə zonasında yerləşən 10 fərdi ev və məktəb binası zədələnmişdir. Sürüşmə prosesinin aktiv olduğu bildirilir"-deyə FHN-nin yaydığı məlumatda qeyd olunub.
Modern.az