Modern.az

Almaniya kansleri türk ola bilər

Almaniya kansleri türk ola bilər

Təhsil

18 May 2010, 16:35

Almaniyanın federal kansleri türk ola bilər. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın inteqrasiya naziri Mariya Bemer “Fokus” nəşrinə bildirib. “Bu, artıq utopiya deyil”,-deyə nazir bildirib.   O, Almaniya hökumətinə türk mənşəli kanslerin rəhbərlik etməsini istisna etmədiyini açıqlayıb. Xanım nazir qeyd edib ki, getdikcə hakimiyyətin yuxarı eşelonlarında keçmiş immiqrantlar təmsil olunurlar.

Nazir bildirib ki, inteqrasiya və immiqrasiya məsələlərində uzun illər ciddi səhvlər buraxılıb. O, Almaniyada xarici ölkə ali təhsil diplomlarının tanınmamasına mənfi münasibətini bildirib. Nazir qeyd edib ki, Ukraynadan gələn təcrübəli həkimlər Almaniyada santexnik işləməyə məcbur olurlar. “Biz artıq buna yol verə bilmərik”deyən nazir alman iqtisadiyyatı üçün  immiqrantların vacibliyini deyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi