Yaxın vaxtlarda Rusiyanın birinci şəxsləri “Mercedes” və ya BMW –lərdən imtina edəcək.
Modern.az “İTAR-TASS”-a istinadən xəbər verir ki, Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putin artıq “Zİl” avtomobilindən istifadə edəcək. Agentliyin məlumatına görə, bu barədə Rusiya Prezident Administrasiyasının işlər müdiri Vladimir Kojin bildirib. Onun sözlərinə görə, Medvedevin işlər idarəsinin avtoparkı üçün “ZİL” markalı yeni avtomobillərin alınması barədə tapşırığı var. “Biz “ZİL” markalı yeni avtomobili görmüşük, hazırda bu məsələləri dərindən öyrənirik. Yaxın vaxtlarda bizim yeni maşınlarımız olacaq”deyən Kojin əlavə edib ki, dövlətin birinci şəxsləri üçün nəzərdə tutulmuş yeni “ZİL”lər artıq ictimaiyyətə in təqdim olunub.