Modern.az

Ərdoğan yüz illərdir “Ana, türklər gəlir” deyən avropalılara səsləndi

Ərdoğan yüz illərdir “Ana, türklər gəlir” deyən avropalılara səsləndi

Təhsil

18 May 2010, 19:56

İspaniyada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Madriddə Avropa Universitetində çıxışı zamanı bir daha Avropaya səslənib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan yüz illərdir “Ana, türklər gəlir” deyən avropalılara aşağıdakı mesajını çatdırıb. “Bəli, Türklər gəlir: Sevgiyi böyütmək üçün, həmrəyliyi yüksəltmək üçün, qardaşlığı möhkəmlətmək üçün,  işbirliyini genişləndirmək üçün türklər gəlir”,-deyə Ərdoğan bəyan edib. Avropa Universitetinin fəxri doktoru adını alan Ərdoğan çıxışında Ag dənizin qərbi və şərqində yerləşən iki ölkə arasında tarixən isti münasibətlərin olduğunu da xatırladıb.  Keçmişdəki problemlərin əvəzinə gələcəyin dostluq, sevgi və qardaşlıq əsasında inşa olunması vacibliyini deyən Ərdoğan Türkiyənin yaxından dəstəyi ilə qurulan Mədəniyyətlər İttifaqı Layihəşinə diqqət çəkib. Ərdoğan bu ittifaqda artıq 120 ölkənin təmsil olunduğunu bildirib. O, Braziliyada ittifaqın  3-cü forumunun keçiriləcəyini deyib. Bu forumda isə ittifaqa Latın Amerikası və Karib ölkələri qoşulacaq. 

Ərdoğan çıxışında terror və islamofobiya məsələlərinə diqqət çəkib. O  terrorun insanlıq əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, terror yalnız onun təbliğatının qurulduğu  yerdə güclüdür.  Ərdoğana görə, antisemitizm nə qədər qeyri-insanidirsə, islamofobiya da bir o qədər insanlıq əleyhinədir.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi