Modern.az

İlham Əliyev 3 hakimin səlahiyyətlərinə xitam verib

İlham Əliyev 3 hakimin səlahiyyətlərinə xitam verib

Təhsil

19 May 2010, 09:42

Prezident İlham Əliyev birinci instansiya məhkəmələrinin 3 hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının sərəncamında həmin hakimlərin işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduqları vurğulanır. Sərəncamda bildirilib:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:
İşlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduqlarına görə aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin:
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rəsmiyyə Cəmşid qızı Qəhrəmanova;
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Yusif Əli oğlu Kərimov;
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Əlislam qızı Məmmədova.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi