Modern.az

Sabirabadın iki kəndini su basdı, əhali evakuasiya olunub (yenilənib)

Sabirabadın iki kəndini su basdı, əhali evakuasiya olunub (yenilənib)

19 May 2010, 11:12

Kürün Sabirabad rayonunun Çığırğan kəndi ərazisindən keçən hissəsində qurulmuş bəndin uçması vəziyyəti gərginləşdirib. Bu barədə Modern.az saytına fəlakət zonasında olan deputat Gülhüseyn Əhmədov məlumat verib.

Onun sözlərinə görə, artıq Sabirabadın Çığırğan və Xankeçən kəndlərini su basıb, əhali evakuasiya olunub.

Millət vəkili deyib ki, hazırda bəndin bərpası istiqamətində tədbirlər görülür, əraziyə əlavə canlı qüvvə və texnika cəmləşdirilib. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəsmiləri bildirirlər ki, Kürətrafı yaşayış məntəqələrində, xüsusən də Sabirabad, Şirvan və Saatlı ərazilərində yenidən kritik vəziyyət yaranıb. Kürün səviyyəsi son 3 gün ərzində ən yüksək həddə çatıb.

**** Fövqəladə Hallar Nazirliyinin bu gün açıqladığı məlumata görə,

mayın 18-də Sabirabad rayonunun Çığırğan kəndində ilkin sahil mühafizə bəndi dağılıb. Nəticədə, əsas sahil mühafizə bəndinə qədər olan ərazi 50 ha sahədə daşqın suları ilə dolub.

Mayın 19-da isə Sabirabadın Azadkənd kəndində əsas sahil mühafizə bəndi dağılıb. Nəticədə, qeyd olunan kənddə bəzi ərazilər daşqın suları ilə dolub.

Daşqın sularının törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə dağılmış bəndlərdə bərpa və bərkitmə işləri aparılır, müvafiq təhlükəsizlik tədbirləri görülür, o cümlədən sakinlərin təxliyyəsi həyata keçirilir. Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi