Modern.az

İlham Əliyev Bakıda yeni piyada keçidlərinin açılışında iştirak edib

İlham Əliyev Bakıda yeni piyada keçidlərinin açılışında iştirak edib

Təhsil

20 May 2010, 19:40

Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də paytaxtın müxtəlif yerlərində yenidən qurulmuş və yeni inşa olunmuş piyada keçidlərinin açılışında iştirak edib.
Dövlət başçısı əvvəlcə Füzuli meydanında əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş yeraltı piyada keçidi ilə tanış olub.
Dörd çıxışı olan keçidin ümumi uzunluğu 175 metr, eni 6 metr, hündürlüyü isə 2,2 metrdir. Keçidin pilləkənlərində əlil arabaları üçün panduslar var.
Keçiddə havalandırma, yanğınsöndürmə, müasir işıqlandırma sistemləri, müşahidə kameraları, mobil telefon rabitəsi üçün xüsusi cihazlar quraşdırılıb. Yeraltı suların yığılaraq kanalizasiya sisteminə ötürülməsi üçün 4 nasos qurğusu var. Keçiddə 35-ə yaxın kiçik ticarət köşkləri də var.


İlham Əliyev mayın 20-də Hüseyn Cavid prospektində, Azərbaycan Texniki Universitetinin binası qarşısında yeraltı piyada keçidində aparılmış yenidənqurma işləri ilə də tanış olub.
Uzunluğu 27 metr olan keçidin divarları, döşəməsi, işıq sistemi tamamilə yeniləşdirilmib. Dörd giriş-çıxışı olan keçiddə yenidənqurma işləri zamanı yerli və xarici materiallardan istifadə olunub. Yenidənqurma işləri ən müasir səviyyədə həyata keçirilmiş keçidin pilləkənlərində əlil arabaları üçün panduslar düzəldilmiş, müşahidə kameraları quraşdırılmışdır. Piyada keçidində yağış və süxur sularının axıdılması üçün drenaj xətləri inşa olunub.

Prezident Binəqədi rayonunda, Azadlıq prospektində inşa edilmiş yerüstü piyada keçidinin açılışında iştirak edib.Ümumi uzunluğu 63 metr, yolun hərəkət hissəsibndən hündürlüyü isə 5 metrdən çox olan keçid yükdaşıyan 16 kolonun üzərində dayanır.
Üç aşırımdan ibarət keçiddə Polşa istehsalı olan və fotosellə işləyən 4 ən müasir eskalator quraşdırılıb. Eskalatorlar piyada yaxınlaşan zaman işə düşür. Bu isə elektrik enerjisinə qənaət etməyə imkan verir. Keçidin hündürlüyü və eni 3 metrdən çoxdur. Burada 16 sərinləşdirici ventilyasiya qurğusu quraşdırılıb, 720 kvadratmetr laminat şüşədən istifadə edilmiş döşəməyə mərmər plitə düzülüb. Xüsusi qurğu vasitəsilə işıqlandırma sistemi axşam saatlarında avtomatik rejimdə işə düşür. İşıqlandırma sistemi 2 yarımstansiya ilə qidalandırılır. 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi