Modern.az

Səfurənin mahnısı Bolqarıstanda

Səfurənin mahnısı Bolqarıstanda

Təhsil

20 May 2010, 21:53

Azərbaycanın Bolqarıstandakı səfirliyi və İctimai Teleradonun təşkilatçılığı ilə ölkəmizin Eurovision-2010 Mahnı Müsabiqəsindəki təmsilçisi Safuranın “Drip Drop” klipi Avropanın daha bir ölkəsində yayımlanmağa başlayıb. Mayın 19-dan etibarən Bolqarıstan televiziyaları klipi nümayiş etdirir. Qeyd edək ki, Bolqarıstan auditoriyası klipi ölkənin ictimai yayımçısı olan Bolqarıstan Milli Televiziyası ilə yanaşı, “Balkanika TV”, “Fan Tv” kimi özəl televiziya kanallarında da izləyir.  Qarşılıqlı olaraq Bolqarıstanın Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Mironun “Angel Si Ti” klipi Azərbaycan İctimai Televiziyasında yayımlanır.  Xatırladaq ki, bu günədək Safuranın “Drop Drop” klipi Türkiyə, Gürcüctan, Macarıstan,  Finlandiya, Ukrayna və digər Avropa ölkələrində də yayımlanır. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi