Modern.az

Kürün səviyyəsi yenə artıb, Sarısu gölünün isə bəndi yuyulub

Kürün səviyyəsi yenə artıb, Sarısu gölünün isə bəndi yuyulub

21 May 2010, 13:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Respublikanın Kür, Araz və Qanıx çaylarında 20 may saat 08:00-dan 21 may saat 08:00-dək səviyyənin fərqi və su sərfi haqqında mövcud vəziyyət aşağıdakı kimidir:
Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyə 418 sm, su sərfi 750 m3/s təşkil edir (səviyyə 14 sm azalıb).
Kür çayının Yevlax səviyyə 395 sm, su sərfi 745 m3/s təşkil edir (səviyyə 18 sm artıb).
Kür çayının Zərdab səviyyə 768 sm, su sərfi 893 m3/s təşkil edir (səviyyə 2 sm azalıb).
Kür çayının Surra səviyyə 953 sm, su sərfi 1987 m3/s təşkil edir (səviyyə 3 sm artıb).
Kür çayının Şirvan səviyyə 847 sm təşkil edir (səviyyə dəyişməyib)
Kür çayının Salyan səviyyə 825 sm, su sərfi 1680 m3/s təşkil edir (səviyyə 6 sm azalıb).
Kür çayının Bankə səviyyə 493 sm təşkil edir (səviyyə 4 sm azalıb).
Araz çayının Novruzlu səviyyə 731 sm, su sərfi 796 m3/s təşkil edir (səviyyə 3 sm artıb).
Qanıx çayının Əyriçay səviyyə 760 sm, su sərfi 290 m3/s təşkil edir (səviyyə 7 sm azalıb). 

Modern.az xəbər verir ki, Fövqəlaə Hallar Nazirliyinin məlumatına görə, 21 may 2010-cu il tarixində gecə saatlarında Sarısu gölünün İmişli rayonu ərazisindən keçən hissəsində sahil mühafizə bəndinin bir hissəsi yuyulub. Nəticədə, rayonun Allahmədətli və Telişli kəndlərinin ətrafındakı bəzi ərazilər daşqın suları ilə dolub. Daşqın sularının törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə dağılmış bəndlərdə bərpa və bərkitmə işləri aparılır, müvafiq təhlükəsizlik tədbirləri görülür.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi