Bu səhərdən Rusiya və Gürcüstan arasında hava nəqliyyat əlaqəsi bərpa olunub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Gürcüstanın Airzena - Georgian Airways hava şirkəti Moskvaya təyyarə uçuşlarını bərpa edib. Uçuşlar Rusiyadakı gürcü diasporasının xahişi ilə həyata keçirilir.
Xatırladaq ki, ölkələr arasında hava reysləri əvvəlcə 2006-cı ildə, daha sonra isə 2008-ci ilin avqust ayından kəsilib.