Modern.az

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Azərbaycana gəlib

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Azərbaycana gəlib

24 May 2010, 11:42

Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müavini Nevzat Paktilin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 23-də Azərbaycana səfərə gəlib.
Nümayəndə heyətinə TBMM-in baş katibi Sadettin Kalkan, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı, eləcə də TBMM-in ATƏT PA və QİƏT PA-dakı nümayəndə heyətlərinin başçıları Alaatdin Böyükqaya və Kəmaləddin Göktaş və digər rəsmi şəxslər daxildirlər.
Səfərin əsas məqsədi Bakıda keçiriləcək “TBMM- 90 il, Parlament diplomatiyası - TürkPA” beynəlxalq konfransda və Türkdilli Ölkələrin Parlament Assambleyasının ofisinin rəsmi açılışında iştirak etməkdir.
Qardaş ölkənin deputatlarının Azərbaycanda bir sıra görüşləri də nəzərdə tutulub.
TBMM-in sədr müavini və onu müşayiət edən şəxslər mayın 24-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış memorialı ziyarət edəcəklər.  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi