ATƏT-in Minsk qrupunun Amerikadan olan sabiq həmsədri Metyu Brayzanın Birləşmiş Ştatların Azərbaycanda səfir təyin olunması ABŞ-dakı erməni lobbisini təlaşa salıb. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Amerika Erməni Milli Konqresi ABŞ Senatına Brayzanın Azərbaycana səfir təyin edilməsi məsələsinə ehtiyatlı yanaşmağı məsləhət görür. Konqres Brayzanın Qafqazda, Şərqi Avropa və bütövlükdə bütün regiondakı fəaliyyətini bir daha gözdən keçirməyə çağırıb.
“Biz Senatın xarici əlaqələr komissiyasını və bütün Senatı Brayzanın səfir təyin olunması proseduruna diqqətlə yanaşmağa çağırırıq. Biz ABŞ dövlət katibinin keçmiş köməkçisinin müavini, eləcə də Minsk qrupunun keçmiş amerikalı həmsədri kimi cənab Brayzanın davranışlarından narahatıq və onun Senatda və komissiyada səfir təsdiq olunması prosedurunun qərəzsiz keçirilməsini gözləyirik”,-deyə Konqresin icraçı direktoru Aram Abramyan bildirib.
Konrqes senatorları Brayzanın baxışlarını tam qiymətləndirməyə çağırır. Erməni lobbisini Brayzanın qondarma “erməni genosidi”, “DQR”də keçirilmiş saxta parlament seçkiləri, eləcə də Türkiyə barədə mövqeyi də maraqlandırır.