Modern.az

Adı Azərbaycanın “qara siyahısı”na düşən deputat danışdı

Adı Azərbaycanın “qara siyahısı”na düşən deputat danışdı

Təhsil

27 May 2010, 10:04

Xəbər verildiyi kimi,  ermənilərin Qağlıq Qarabağda keçirdiyi və beynəlxalq birliyin pislədiyi    saxta parlament “seçki”lərində  müşahidəçi qismində iştirak etmiş xarici ölkə vətəndaşların siyahısı tərtib olunub və onlara Azərbaycan ərazisinə daxil olmağa qadağa qoyulacaq. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki,   Dövlət Dumasının deputatları İqor Çernışenko, Kirill Çerkasov, Tatyana Volojinskaya, Maksim Mişenko və Konstantin Zatulin, Rusiya Dövlət Dumasının yanında tələbə parlamentinin üzvü, beynəlxalq müşahidəçi Qalina Ratnikova, Rusiyanın ictimai siyasi xadimi Viktor Şeynis, Rusiya Federasiyası Strateji Mədəniyyət Fondunun eksperti Andrey Areşev də saxta seçkiləri izləyən “beynəlxalq müşahidəçi” statusunda Qarabağda olublar.

Bir qədər əvvəl  Dumanın deputatı Konstantin Zatulin Rusiya  KİV-ə Azərbaycanın qərarını şərh  edib. Adı Azərbaycan XİN -in “qara siyahısı”na düşmüş Zatulin   “Ria-novosti” agentliyinə bildirib ki, Azərbaycan Duma deputatlarına qarşı nümayişkaranə etiraz  tədbirləri qəbul edib. 

Zatulin iddia edir ki, bu qərar regionda vəziyyətin nizama salınmasına xidmət etmir. 

“Mən Dağlıq Qarabağda “parlament və prezident seçkilərində” bir neçə dəfə müşahidəçi olmuşam”deyən Zatulin məhz indi onun beynəlxalq müşahidəçi qismində fəaliyyətinin rəsmi Bakının narazılığına səbəb olmasından təəccübləndiyini bildirib.  “Mən aldığım dəvət əsasında Qarabağa getmişəm. Bu, birinci dəfə deyil ki, baş verir, lakin birinci  dəfədir ki, Bakı bu cür reaksiya bildirir. Bu, açıq nümayişkaranə tədbirdir”,-deyə Zatulin əlavə edib.    

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi