Modern.az

Azərbaycanda orta aylıq əməhaqqı 310 manat, Rusiyada 610 dollardı

Azərbaycanda orta aylıq əməhaqqı 310 manat, Rusiyada 610 dollardı

Təhsil

27 May 2010, 13:25

Aprel ayında ölkə üzrə orta aylıq əmək haqqının həcmində artım qeydə alınıb. Bu ayda ölkə üzrə orta aylıq əmək haqqının məbləği 5,8 manat artaraq 309,8 manata yüksəlib. Halbuki mart ayında bu göstərici 304 manata bərabər olub.

“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə aprel ayında orta aylıq əmək haqqının həcmi 14,1 manat artıb.

“RİA Novosti" agentliyinin Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə istinadən verdiyi məlumata görə, 2010-cu ilin yanvar-aprel aylarında orta aylıq əmək haqqı 3,8%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 12,4% artıb.

Nazirliyin məlumatına görə, aprel ayında ölkə üzrə orta aylıq əmək haqqı 650 dollar təşkil edib.

Moskva şəhərində hazırda orta aylıq maaş 1140 dollardır. Paytaxt hökumətinin məlumatına görə, 3 ildən sonra orta aylıq əmək haqqı 1570 dollara yüksələcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi