Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali məktəblərə qəbul imtahanı ilə bağlı növbəti ənənəvi mətbuat konfransı keçirilib.
Modern.az xəbər verir ki, konfransda çıxış edən TQDK sədri Məleykə Abbaszadə bilidrib ki, bu il TQDK İslam Universitetinə ilk dəfə qəbul aparacaq.
“Qəbul üçün 100 vakant yer ayrılıb. Həmin universitetə qəbul olmaq istəyənlər Sənəq Qəbulu komissiyalarından, eyni zamanda İslam Univeristetindən qeydiyyatdan keçməlidirlər. Artıq 15 nəfər qeydiyyatdan keçib. Hərbi liseylərə isə qəbul üçün 1709 nəfər ərizəsini təsdiq etdirib. Sınaq imtahanlarında isə indiyə qədər 109 min 204 abituriyent iştirak edib. Virtual olaraq isə 19 min nəfər ödəmə kartı alıb. Gələcəkdə isə poçtlarda ödəmə kartlarının satışının ləğvi nəzərdə tutulur. Kartların virtual olaraq əldə edilməsi daha məqsədəuyğundur”.
M.Abbaszadə onu da qeyd edib ki, beynəlxalq müsabiqələrin, dünya fənn olimpiadalarının, olimpia çempionatların qalibləri iyunun 1-dən özləri haqda sənədləri TQDK-nın SQK-larında təqdim etməlidirlər. “Həmin şəxslərin sənədlərin yoxlanılacaq və onlar müsabiqədənkənar qəbul olunacaqlar”.
Sənəq Qəbulu komissiyalarından abituriyentlərindən əlavə pul alınmasına gəlincə, M.Abbaszadə vurğulayıb ki, son 10 gündə regional komissiyalarının birində belə neqativ hal mövcud olub. “Yoxlama aparılaraq həmin komissiyanın üzvlərini dəyişdik. Burada komissiya sədrinin günahı olmayıb. Komissiyada işləyən adi müəllimlər günahkardılar. Yaxın zamanda həmin komissiyanın adı açıqlanacaq”.
M.Abbaszadə deyib ki, fəlakət zonalarında sənədlərin təsdiqi ilə bağlı problem yoxdur. “Bu günə olan məlumata görə, Sabirabadda 482, Şirvanda 522, Zərdabda 230, Neftçalada 455, Saatlıda 282, Salyanda 594, Kürdəmirdə, 455, İmişlidə isə 603 abituriyent sənədini təsdiq etdirib”.
Təhminə Paşayeva