Modern.az

Beynəlxalq Sülhməramlılar günündə həlak olan sülhməramlılar anılır

Beynəlxalq Sülhməramlılar günündə həlak olan sülhməramlılar anılır

Təhsil

27 May 2010, 17:47

Modern.az xəbər verir ki, BMT-nin baş katibi 29 may Beynəlxalq Sülhməramlıları günü ilə bağlı müraciət edib. Müraciətdə bildirlib: “Beynəlxalq BMT Sülhməramlıları günündə, biz BMT bayrağı altında qulluq edərkən həyatlarını itirmiş qadın və kişiləri ehtiramla yad edirik.
Bu ilki anım mərasimi bir qədər bədbindir. Xüsusi ilə son 14 ay ərzində bir çox BMT sülhməramlıları öz həyatları ilə vidalaşıblar”. 
Müraciətdə qeyd edilib ki, Darfurdakı pusqular, Kabulda terror hadisələri, Haitidə baş vermiş təyyarə qəzası keçən il 121 nəfər sülhməramlının həyatına son qoyan faciəvi hadisələrdən bir neçəsidir.
“Demək olar ki, eyni sayda sülhməramlımız yanvar ayında Haitidə baş vermiş dağıdıcı zəlzələ zamanı həlak oldu.
BMT  Haitidəki Stabilləşdirmə Missiyası bir dəfəyə 96 sülhməramlısını itirdi. Bu, tarixdə bir anda baş vermiş ən böyük sülhməramlı itkisidir.
Lakin həmin qaranlıq günlər həmçinin bizim ən şərəfli günlərimizdən biri də oldu. BMT  Haitidəki Stabilləşdirmə Missiyasının kişi və qadın sülhməramlıları öz faciələrini bir kənara qoyaraq, missiyanı hərəkətə gətirdilər və Haiti xalqına, baş vermiş zəlzələnin dəhşətli nəticələrinin aradan qaldırılmasında kömək etdilər.
Biz belə cəsarət və ithaf nümunələrini şərəflə yad edərkən, həm də bütün dünyada bizim fəaliyyətlərdə fərqli şəkildə iştirak edən 122 mindən artıq hərbi, polis və mülki heyətə ehtiramımızı bildiririk...”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi