Modern.az

Cəlilabadda 3 məktəb üçün yeni bina tikiləcək

Cəlilabadda 3 məktəb üçün yeni bina tikiləcək

Təhsil

7 Sentyabr 2025, 17:12

Cəlilabad rayonunda 3 məktəb üçün yeni bina inşa olunacaq. 

Modern.az xəbər verir ki, bunlar Cəlilabad şəhəri 8 saylı, Günəşli və Uzuntəpə kəndlərində yerləşən məktəblərdir.

Hazırda yeni məktəb tikintilərinin sənədləşmə işləri aparılır.

Qeyd edək ki, rayonda hazırda Göytəpə şəhərində 624 şagird yerlik, Kövüzbulaq və Musalı kəndlərində 180 şagird yerlik tam orta məktəb binalarının tikintisi tamamlanmaq üzrədir. (Mənbə: Report)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?