Modern.az

Direktorlara yanaşma fərqli olmalıdır - AÇIQLAMA

Direktorlara yanaşma fərqli olmalıdır - AÇIQLAMA

Təhsil

10 Sentyabr 2025, 10:37

Məktəblərin açılmasına sayılı günlər qalıb, bu halda ən çox müzakirə olunan məsələlərdən biri də direktorsuz qalan məktəblərlə bağlıdır. Ölkənin müxtəlif bölgələrində onlarla məktəb rəhbərsiz fəaliyyət göstərir. Bu isə ümumilikdə idarəetmədə ciddi boşluqların yaranmasına səbəb olur.

Bir çoxları düşünür ki, direktorun olmaması məktəbdə həm müəllimlərin iş bölgüsünü, həm də şagirdlərin intizamını zəiflədir. 

Həm metodiki, həm peşəkar, həm də liderlik bacarığına sahib, direktorları işə qəbul müsabiqəsində uğur qazanan şəxslər gözləmədədir, bir tərəfdən isə direktorları işdən çıxarılan məktəblərə hələ də direktor təyin edilməyib. 

Bu sözləri isə Modern.az-a açıqlamasında təhsil sahələri üzrə ekspert Elmin Nuri deyib. O qeyd edib ki, yerli ali təhsil müəssələri liderlik bacarıqlarına sahib pedoqoqlar yetişdirməyə çətinlik çəkirlər:

“Ali təhsil müəssələrinin bu sahədə fəaliyyəti ciddi müzakirə mövzusudur. Lakin bir çox müəllimlər üzərində çalışaraq, idarəetmə qabilliyyətinə malik məktəb direktoru kimi özlərini yetişdir. Hansı ki, həmin şəxslər asanlıqla məktəbin mənfilərini aradan qaldıra, həm metodiki, həm də inzibati idarəçilik baxımından yaxşı vəziyyətə gətirə bilər. Amma nədənsə həmin şəxslər direktorların işə qəbul müsabiqəsində uğur qazana bilmir. İşə qəbul müsabiqəsində essedə adi səhvə görə müəllimlər müsabiqəni keçə bilmir, beləliklə direktor ola biləcək şəxslər də həvəsdən düşür və növbəti müsabiqələrdə iştirak etmir”. 

Elmin Nuri onu da qeyd edib ki, hazırda tam yüksək səviyyədə bacarıqları olan direktor və  müavinləri var ki, onlar da uzun müddətdir təyinat gözləyirlər. Lakin onlara heç bir şans verilmir:

“Onlara niyə şans verilmir? Şans verilənləri də gördük - töhmətlər alır, kollektiv şəkildə işdən qovulurlar. Bu cür olan halda daha prespektivli şəxslərə yer verilməməsi ciddi narahatlıq doğurur”. 

“Direktorlara yanaşma fərqli olmalıdır, biz şans yaratmağa meyilli deyilik, əksinə qaydaları sərtləşdiririk. Nəticədə bir tərəfdən təyinat gözləyənlər ordusu yaranır, bir tərəfədən də dikrektorsuz məktəblər çoxalır” – sonda o qeyd edib.  
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat