Modern.az

İlham Əliyev Respublika Gününə həsr olunmuş mərasimdə iştirak edib

İlham Əliyev Respublika Gününə həsr olunmuş mərasimdə iştirak edib

Təhsil

27 May 2010, 21:01

Mayın 27-də “Buta” sarayında 28 May - Respublika Gününə həsr olunan rəsmi qəbul təşkil edilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Mərasim iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar. Azərbaycanın dövlət himni səslənib. Dövlət başçısı mərasimdə nitq söyləyib.
İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda Azərbaycanın öz mövqeyindən bir addım da geri çəkilməyəcəyini vurğulayıb.
Prezident bildirib ki, Azərbaycan bütün diqqətini münaqişənin sülh yolu ilə həllinə yönəldib: “Bununla belə, ölkəmiz öz hərbi potensialını da gücləndirməkdə davam edir”.

Qeyd edək ki, İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə Tunis Prezidenti Zeynulabidin Ben Əli, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Yunanıstan Prezidenti Karolos Papulyas, Belçika Kralı II Albert, Hindistan Prezidenti Pratibha Devisinqh Patil, Koreya Prezidenti Li Men Bak, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun, Poma Papası XVI Benedikt, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz al Səud, Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabet və Malta Prezidenti Corc Abela, Oman Sultanı Qabus bin Səid, Liviya inqilabının rəhbəri Müəmmər əl-Qəzzafi, Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj  təbrik ediblər. (AzərTAc).

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi