Modern.az

İctimai dinləmələrə region müəllimlərini dəvət edək - Deputat

İctimai dinləmələrə region müəllimlərini dəvət edək - Deputat

Təhsil

11 Sentyabr 2025, 11:56

İctimai dinləmələrə ədəbiyyat və dil müəllimlərinin, eyni zamanda region müəllimlərini dəvət etmək yaxşı olardı.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında deputat Elnarə Akimova deyib. 

“Bizdə orta məktəb dərsliklərində, xüsusi ilə Azərbaycan klassiklərinə çox az yer verilir. Onlara yer çox verilməlidir, çünki kosmopolit gənclik yetişir. Dilimizin, ədəbiyyatımızın gələcəyi ilə bağlı düşünmək lazınmdır. Bunun üçün orta məktəblərdən başlamalıyıq”.

Deputat həmçinin qeyd edib ki, milli ədəbiyyatımızın güclənməsi üçün elektron baza yaradılmalıdır.  

“Kənd məktəblərində təhsil bərabərliyinin təmin olunmalıdır, regional laboratoriyaların yaradılması vacibdir. Kimya, fizika fənləri nəzəri olmaqla yanaşı praktiki olaraq da uşaqlara öyrədilməlidir. 

Regionlarda, kənd məktəblərində köhnə kitabxanalar yenilənməlidir, kənd məktəblərində təhsil alan uşaqlarla şəhərdə təhsil alanlar eyni imkanalara sahib olması ölkənin bütün ictimai-siyasi həyatı üçün önəmlidir” – deyə E. Akimova sonda bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat