Modern.az

Azərbaycanın Rumıniyadakı Səfirliyi Respublika Gününü qeyd edib

Azərbaycanın Rumıniyadakı Səfirliyi Respublika Gününü qeyd edib

Təhsil

28 May 2010, 19:23

Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən Respublika Günü münasibəti ilə rəsmi qəbul mərasimi keçirilib.

Tədbirdə Rumıniya Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota, Rumıniya Senatının sədri Mirçea Ceoana, İqtisadiyyat, Ticarət və Biznes Mühiti Naziri Adrian Videanu, digər yüksək səviyyələri hökumət rəsmiləri, senator və deputatlar, siyasi partiya rəhbərləri, ictimai təşkilat və fondların üzvləri, tanınmış din, ədəbiyyat və incəsənət xadimləri, Buxarest şəhərində akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri, türk və tatar toplumunun təmsilçiləri, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, ARDNŞ-ın Rumıniyadakı nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Məlumat  Modern.az-a Azərbaycan Respublikasının  Rumıniyadakı Səfirliyindən verilib.

Tədbirdə “Azərbaycan və Rumıniya – Əbədi dostluq” adlı sənədli film və Azərbaycanın mədəniyyəti, tarixi və iqtisadiyyatı haqqında digər filmlər iştirakçılara nümayiş etdirilib. Filmlərdə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, əldə olunan iqtisadi nailiyyətlər, uğurlu xarici siyasəti, Azərbaycan və Rumıniya arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələri, ikitərəfli səfərlər, Buxarest şəhərində Heydər Əliyevin adını daşıyan Parkın və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təntənəli açılış mərasimləri öz əksini tapıb.

Bunlarla yanaşı qonaqlara rumın dilinə tərcümə olunub çap edilmiş “Heydər Əliyev zəmanəmizin Atatürkü”, “Azərbaycanın qısa tarixi”, “Kitabi Dədə Qorqud”, Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması və “Qəzəlləri”, Bəxtiyar Vahabzadənin, Anar Rzayevin, Elçin Əfəndiyevin, Çingiz Abdullayevin, Elçin İskəndərzadənin, Əli İldırımoğlunun əsərləri və Azərbaycanda nəşr olunan “İrs” jurnalının Respublika Gününə həsr olunmuş xüsusi buraxılışı ilə tanışlıq imkanı yaradılıb.

Kütləvi informasiya vasitələrində Respublika Günü ilə əlaqədar rumın, ingilis və türk dillərində məqalələr dərc etdirilib.   


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi