Modern.az

COVİD-19 təhsil sisteminə ciddi təsir edib

COVİD-19 təhsil sisteminə ciddi təsir edib

Təhsil

12 Sentyabr 2025, 11:56

Hələ də bizim məktəblərimizdə təhsil alan uşaqların böyük əksəriyyəti 2 il məktəbə getməyən və onlayn təhsil alan uşaqlardır. 

Modern.az xəbər verir ki, bunu “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev qeyd edib. 

“1 milyondan çox uşaq məktəbə getmədi, onlayn təhsildə əlimizdən gələni etdik, lakin beynəlxalq göstəricilər göstərir ki, COVİD-19 təhsil sisteminə ciddi təsir edib. 2 il məktəbə ardıcıl getməyən birinin təhsil nailiyyətinə də, ölkə iqtisadiyyatına da təsiri uzun müddət olacaq”. – deyə nazir bildirib.

O əlavə edib ki, 2016-da təhsilin səviyyəsində qalxma müşahidə olunurdu.

"2021-ci ildə bu yenidən endi. Biz yeni nəticələri görmək üçün 2026-cı ili gözləməliyik", - Emin Əmrullayev vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir