Modern.az

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Təhsil

29 May 2010, 16:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 30-da havanın tutulub açılacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən, yağmursuz hava hökm sürəcək. Şimal-qərb küləyinin sürəti 12-15 m/s olacaq, gündüz arabir 18-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 15-17, gündüz 22-25 dərəcə isti təşkil edəcək.

Mayın 31-də dəyişkən buludlu, əsasən, yağmursuz hava şəraiti hökm sürəcək. Şimal küləyinin sürəti 8-13 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 15-17, gündüz 25-28 dərəcə isti olacaq.

İyunun 1-də dəyişkən buludlu, əsasən, yağmursuz hava şəraiti gözlənilir. Şimal, şimal-şərq küləyinin sürəti 8-13 m/s olacaq.
Havanın temperaturu gecə 15-17, gündüz 25-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Mayın 30-da əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı, bəzi ərazilərdə leysan xarakterli intensiv olacağı, qərb rayonlarında isə dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin sürəti 5-10, arabir 15-20 m/s təşkil edəcək, Kür vadisi rayonlarında isə hətta 23-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 16-19, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 8-11, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Mayın 31-iyunun 1-də əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mayın 31-də gündüz saatlarında qərb rayonlarında yağıntının tədricən kəsiləcəyi, iyunun 1-də isə əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Qərb küləyinin sürəti 5-10 m/s təşkil edəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-11, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi