2010-cu ilin “Ekologiya ili” elan edilməsi çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin əməkdaşları mayın 29-da Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu yaxınlığında müxtəlif ağaclar əkib və abadlıq işləri aparıblar.
Modern.az-ın məlumatına görə, tədbir çərçivəsində 800-ə yaxın ağac və bəzək kolu əkilib.
İqtisadi İnkişaf Nazirliyindən bildirlib ki, bu, Balaxanıpoliqonunda keçirilən ikinci bu cür tədbirdir və bu tədbirlərdə 1200-ə yaxın ağac və bəzək kolu əkilib.
“Ekologiya ili” çərçivəsində belə tədbirlərin gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur.
“Qeyd edək ki, Balaxanı poliqonunda bərk məişət tullantılarının yanma mənbələri tamamilə ləğv edilib, zərərli tüstülənmə halları aradan qaldırılıb, daxili yolların böyük hissəsi təmir edilib, tullantıların qəbulu üçün meydança və zəruri infrastruktur, qəbul edilən tullantıların həcminin qeydiyyatı sistemi yaradılıb”-deyə nazirlikdən bildirilib.
Modern.az