Modern.az

Bakı-Şamaxı yoluna 356,15 mln. dollar xərclənəcək

Bakı-Şamaxı yoluna 356,15 mln. dollar xərclənəcək

29 May 2010, 17:28

“Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması – III” layihəsi təsdiq edilib.
Nəqliyyat Nazirliyinin məlumatına görə,
bu layihə ilə bağlı Dünya Bankı Azərbaycana 241,6 mln. ABŞ dolları həcmində kredit ayıracaq. Həmin məbləğin 70 mln. dolları DB-nin üzvü olan Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), 171,6 mln. dolları isə DB-nın digər üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) vəsaitləri hesabına ayrılacaq.
Layihə əsasən Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsini nəzərdə tutur.

 

Layihənin ümumi dəyəri 356,15 mln. dollar təşkil edir. Bunun 241,6 mln. dollarının Dünya Bankı, qalan hissəsinin isə Azərbaycan hökumətinin hesabına ayrılacağı bildirilir. Qeyd edək ki, Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən verilməsi nəzərdə tutulan kredit 20 il (ilk 10 ili güzəştli olmaq şərtilə), Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı tərəfindən ayrılacaq kredit isə 17 il (ilk 4 ili güzəştli olmaqla) müddətinə veriləcək.

 

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi