Bu gecə Norveçin paytaxtı Oslonun “Telenor Arena” kompleksində keçiriləcək finalda 25 ölkədən olan iştirakçı “Eurovision 2010” beynəlxalq mahnı müsabiqəsinin qalibini müəyyənləşdirəcək. 1. Azərbaycan “Eurovision-2010” finalını telekanallar vasitəsilə dünyada 120 milyon tamaşaçının seyr edəcəyi təxmin edilir. “Eurovision” müsabiqəsi üzrə ekspert, "Absolute Grand Prix" - "Mütləq Qrab-Prix" kitabının müəllifi İnqe Solmo bu il birinci yerə Azərbaycan, Almaniya, İspaniya və ya İsveçin çıxaçağını güman edir. Qeyd edilir ki, Norveçdə bu beynəlxalq müsabiqəyə 30 milyon dollar xərclənib. Təşkilatçılar vurğulayıblar ki, bu ilki yarışma Norveçə “Eurovision-2009”un ev sahibi Moskva ilə müqayisədə xeyli ucuz başa gəlib. Norveç eksperti İnqe Solmo deyib ki, Elə jurnalistlər də bu suallar “Eurovision-2010”un II yarımfinalından sonra keçirilən mətbuat konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə müraciət ediblər. Britaniyadan olan jurnalist soruşub ki, Səfurə qalib gələrsə, Bakı müsabiqəyə ev sahibliyi etməyə hazırdımı? Cavab belə olub: 17 yaşlı Safura Əlizadə bildirib ki, öz qüvvəsinə inanır və mütləq qalib gələcək.
İştiraçılar bu sıralama ilə çıxış edəcək.
2. İspaniya
3. Norveç
4.
5. Kipr
6. Bosniya və Hersoqovina
7. Belçika
8. Serbiya
9.
10. İrlandiya
11. Yunanıstan
12. Gürcüstan
13. Türkiyə
14. Albaniya
16. İslandiya
17. Ukrayna
18. Fransa
19. Rumıniya
20. Rusiya
21. Ermənistan
22. Almaniya
23. Portuqaliya
24. İsrail
25. Danimarka
Bukmekerlər “Eurovision-2010”un əsas favoriti kimi Azərbaycanın təmsilçisi Səfurə Əlizadəni göstərirlər. Ondan başqa, qələbəyə şanslılar sırasında Ermənistan, Almaniya, Gürcüstan, İsrail, Danimarka və Türkiyə təmsilçisinin də adı çəkilir.
Finalda qalib tamaşaçı və peşəkar münsiflərin səsverməsinin nəticəsi əsasında müəyyənləşəcək.
«İştirakçılardan hər biri müsabiqədə qalib ola bilər. Əlbəttə ki, biz udmaq istəyirik. Əgər bu, baş verərsə, biz gələn il ev sahibi olmağa hazırıq. Bizim əvvəllər də Bakıda oxşar tədbirlərimiz olub və gələn il «Eurovision» mahnı müsabiqəsi Bakıda keçirilərsə biz çox şad olarıq».
Rusiyada nəşr olunan “Komsomolskaya pravda” qəzeti isə iddia edib ki, Azərbaycan “Eurovision” müsabiqəsinə hamıdan çox pul xərcləyir.
”Turan” agentliyinin məlumatına əsasən, qəzetdə iddia edilir ki, 2009 -cu ildə Azərbaycan “Eurovision” müsabiqəsinə 7 mln. dollar xərcləyibcə, bu il eyni xərclər 10 mln.dollara çatıb.
“Komsomolskaya pravda” qəzetinin yaydığı məlumatda iddia edilir ki, Azərbaycan müğənnisi Səfura yeganə müsabiqə iştirakçısıdır ki, şəhərin ən bahalı otelində, ən azı 1000 dollar dəyəri olan nömrədə qalır.
Səfura mavi rəngli, böyük şleyfli qısa şifon paltarda çıxış edir. Paltarın üst hissəsində və ətəyində Svarovski daşları və minlərlə kiçik lampalar tikilib ki, müəyyən anda onlar yanmalıdır.
Üstəlik, paltar məsafədən idarəetmə pultunun köməyi ilə “açıla” və zərif mavi rəngdən al qırmızı rəngə keçə “bilir”.
Onun “Drip Drop” mahnısının final variantı Selin Dion, Enriki İqlesias, Ace of Base və digərlərinin albomları üzərində işləyən məşhur İsveç bəstəkarı və prodüsseri Anders Baggenin studiyasında yazılıb. “Drip Drop”un müəllifi də məhz Anders Baggedir. Mahnının aranjimanı üzərində “Qremmi”nin sahibi, səs rejissoru Niklas Flikt işləyib.
Modern.az