Modern.az

Məktəb direktorları necə təyin ediləcək?

Məktəb direktorları necə təyin ediləcək?

Təhsil

18 Sentyabr 2025, 20:12

“Yeni qaydalara əsasən, direktorların işə qəbulu iki kateqoriya üzrə aparılacaq. Birinci kateqoriyaya şagird sayı 500-ə qədər olan məktəblər daxildir. İkinci kateqoriyaya isə şagird sayı 500-dən çox olan məktəblər, həmçinin lisey və gimnaziyalar aid ediləcək”.

 

Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli Təhsil TV-də yayımlanan “360 dərəcə təhsil” verilişində direktorların işə qəbulu qaydaları ilə bağlı danışarkən bildirib. 

 

O qeyd edib ki, şagird sayı 500-ə qədər olan müəssisələr üçün namizədlərin müəllimlərin işə qəbulu imtahanında, təhsilverənlərin sertifikatlaşdırılması prosesində və ya diaqnostik qiymətləndirmədə 70% və daha yüksək nəticə əldə etməsi tələb olunur (bu göstəricilərdən hər hansı biri üzrə):

“Əgər şagird sayı 500-dən çoxdursa, eləcə də lisey və gimnaziyalara direktor kimi işə qəbul olunmaq istəyənlər üçün MİQ, sertifikasiya və ya diaqnostika nəticə tələbi (bu göstəricilərdən hər hansı biri) 85% olaraq müəyyən edilib”.

 

Onun sözlərinə görə, hazırda direktor vəzifəsində çalışan şəxslərə də bu prosesdə iştirak üçün müraciət imkanı yaradılacaq. Onların əvvəlki işə qəbul və ya diaqnostik qiymətləndirmə nəticələri nəzərə alınacaq, lakin mövcud vəzifədə fəaliyyətlərini davam etdirmələri üçün həmin göstəricilər mütləq şərt kimi qoyulmayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi