Modern.az

Mixail Saakaşvilinin partiyası qələbə qazandı

Mixail Saakaşvilinin partiyası qələbə qazandı

Təhsil

31 May 2010, 10:10

Dünən Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, seçkilər prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat  Partiyasının üzvlərinin qələbəsi ilə nəticələnib.

Seçkilər 73 seçki dairəsində 3.694 seçki məntəqəsində keçirilib. Seçkilərdə cəmi 14 partiya iştrak edib. Səsvermənin gedişini 13 mindən çox xarici və yerli müşahidəçi izləyib. İlk dəfə olaraq bu seçkilərdə Tbilisi şəhərinin meri birbaşa seçkilər yolu ilə seçilib.  Bu vəzifəni tutmaq uğrunda 9 mamizəd mübarizə aparıb.

 

İki xarici kompaniya GFK və Edison research-nın  keçirdiyi exit-poll-un nəticələrinə görə, səsvermədə Saakaşvilinin rəhbərlik etdiyi Milli Hərəkət və Tbilisi mer seçklərində Qiqi Uqulava qalib gəlib.

Exit-poll-un  ilk açqılamasından sonra xüsusi bəyanatla çıxış edən Saakaşvili seçicilərə səsvermədə göstərdikləri yüksək fəallığa görə minnətdarlıq edib. Onun sözlərinə görə, exit-poll səsvermənin rəsmi sonuclar deyil, lakin  “siyasi intuisiya deyir ki, əsas sənəddə nəticələr dəyişə bilməz”.  

 

Exit-poİl-un ilkin nəticələrinin elan olunmasından sonra  prezident Mixail Saakaşvili Tiflisin hazırkı meri Qiqi Uqulavanın seçki qərargahına gəlib və Vahid Milli Hərəkat Partiyası tərəfdarlarına müraəciət  edib.  “ Son nəticə ondan ibarətdir ki, gürcü demokatiyası növbəti dəfə qalib gəlib. Bizim xalq seçkidə rekord fəallıq nümayiş etdirib. Sizin və öz adımdan hər bir insana minnətdarlıq etmək istəyirəm”,-deyə Saakaşvili bildirib. Onun sözlərinə görə, təmsil etdiyi partiya 2004 və 2008-ci illərdə olduğu kimi eyni miqdarda dəstək əldə edib.

“Bu o deməkdir ki, bizə xalqın dəstəyi və inamı var. Bu qarşıda bizi gözləyən ağır əməkdir”.

 

Saakaşvili müxalifətin bir hissəsinə də minnətdarlıq edib. “Bəzi istisnalar olmaqda bütün müxalifət partiyalarına da “sağ ol” demək istəyirəm, onlar dorğrudan da inanılmaz yetkinlik nümayiş etdirdilər. Bu gün mən birbaşa Tiflis mer seçisinin qalibini təqim edə bilərəm.  Qiqi Uqulva parlaq seçki kampaniyası keçirib və bizim gücümüz birliyimizdədir və birliyimizlə Gürcüstan quracağıq”.

 

Azərbaycanlıların yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsində seçkilərin normal keçirildiyi bildirilir. Verilən məlumata görə, 100 mindən çox seçicisi olan bölgədə seçicilərin fəallığı yüksək olub. Soydaşlarmızın yaşadığı Qaracalar kəndində seçki bülletenlərinin Azərbaycan dilində çatdırılmadığına dair məlumat yayılıb. Lakin MSK-nın mətbuat katibi Culi Giorqadze yoxlamalar nəticəsindəə bu məlumatın təsdiqlənmədiyini bəyan edib. Onun sözlərinə görə, həm erməni, həm gə Azərbaycan dilində seçki büllentləri nəşr olunub.

Xatırladaq ki, 2008-ci ilin avqust ayında Rusiya ilə müharibədən sonra dünən ilk dəfədir ki Gürcüstanda yerli hakimiyyət orqanları seçilib.

Seçkilərin nəticələri prezident Mixail Saakaşvilinin əhali arasında populyarlığının hazırki səviyyəsi barədə təsəvvür yaratmağa imkan verəcək.

Avropa Birliyinin seçki –monitorinq qrupunun rəhbəri Piyer Klendinin sözlərinə görə, Gürcüstanda uğurlu seçki keçirilib. Bəzi xırda insidentlər baş verib, lakin bu seçki sistemi ilə deyil, ayrı-ayrı adamlarla bağlıdır. Bu gün Gürcüstan MSK seçkilərin rəsmi nəticələrini elan edəcək.. 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi