Bu il qəbul imtahanlarında 195 nəfər şəhid və qazi övladı uğur qazanaraq ali məktəblərə qəbul olub. Onlardan 49 nəfəri 500 bal, 9 nəfəri isə 600 baldan yuxarı nəticə göstərib.
Modern.az xəbər verir ki, bunu şagirdlərin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış “Peşə seçimi” alətinin təqdimat mərasimində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə söyləyib.
O bildirib ki, DİM hər zaman abituriyentlərin qəbul imtahanlarına hazırlaşmasına elmi-metodiki dəstək göstərib. Bu gün tədqim olunan “Peşə seçimi aləti” gələcəkdə onlara daha çox kömək edəcək.