Modern.az

Azərbaycanda bu universitetlər təltif edildi

Azərbaycanda bu universitetlər təltif edildi

Təhsil

4 Oktyabr 2025, 16:05

Oktyabrın 3-də "QS 2026" qlobal reytinqində yer alan Azərbaycan universitetlərinin təltif olunması mərasimi keçirilib.

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, aparıcı universitetlərimizin rəhbər heyəti və QS agentliyinin regional direktoru Sergey Xristolyubov iştirak edib.

Qeyd edək ki, cari ilin iyun ayında elan olunmuş "QS 2026" qlobal reytinqinə Azərbaycandan ilk dəfə 9 universitet daxil olub. Bu göstərici ötən ilə nisbətən 3 dəfə artıb. Eyni zamanda, Azərbaycandan sözügedən reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən bu reytinqə daxil olan cəmi universitet sayından 3 dəfə çoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu