Modern.az

Yüzlərlə müəllim təltif edildi - Emin Əmrullayevdən ƏMR

Yüzlərlə müəllim təltif edildi - Emin Əmrullayevdən ƏMR

Təhsil

4 Oktyabr 2025, 15:16

Azərbaycanda yüzlərlə müəllim təltif edilib.

Modern.az-ın məlumatına görə, müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb.

Əmrə əsasən, təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə 134 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 301 nəfər isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəxri fərmanı” ilə təltif olunub.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə