Modern.az

Ali məktəblərə ərizə qəbulu başa çatır

Ali məktəblərə ərizə qəbulu başa çatır

Təhsil

31 May 2010, 17:58

Ali  təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun müddəti 1 gün uzadılıb. Modern.az xəbər verir ki,  bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib: “2010/2011-ci tədris ili üçün  ali  təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu 1 iyun 2010-cu il saat  17-dək  aparılacaq. Abituriyentlər internet vasitəsilə elektron ərizə doldurduqdan sonra tələb olunan sənədləri qeyd olunan vaxtadək müvafiq Sənəd Qəbulu Komissiyasına təqdim edərək ərizələrini təsdiq etdirə bilərlər”. Modern.az

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi