Modern.az

Nazir bu universitetin iki prorektorunu işdən çıxardı

Nazir bu universitetin iki prorektorunu işdən çıxardı

Təhsil

6 Oktyabr 2025, 11:10

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki prorektoru vəzifəsindən azad olunub.

Modern.az xəbər verir ki, müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb.

Universitetin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və təsərrüfat işləri üzrə prorektor, dosent Səyami Hüseynov işdən çıxarılıb.

Digər əmrlə, universitetin İT Mərkəzinin direktoru dosent Elviz İsmayılov ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən təyin olunub. (Mənbə: YeniSabah)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan gözlənilməz HÜCUM - Rusiyada minlərlə sakin...