Modern.az

Azərbaycanda müəllimlərin 78%-i qadındır

Azərbaycanda müəllimlərin 78%-i qadındır

Təhsil

13 Oktyabr 2025, 11:02

Azərbaycanda müəllimlərin 78%-i qadındır. OECD ölkələri üzrə bu göstərici 70%-dən yuxarıdır.  

Modern.az bildirir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən açıqlanmış TALIS 2024 (Teaching and Learning International Survey) hesabatının Azərbaycana aid hissəsində qeyd olunur.

Hesabata əsasən, Azərbaycanda təhsilverənlərin 18%-nin müəllimlikdən başqa bir sahədə təcrübəsi var (OECD üzrə orta göstərici 57%-dən aşağıdır).

Müəllimlikdən başqa bir sahədə ən azı on il iş təcrübəsi olan və müəllimlik ilk karyera seçimi olmayan müəllimlərin payı 1% təşkil edir ki, bu da OECD üzrə orta göstərici - 8%-dən aşağıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya regionlarına kütləvi hücum - Yüzlərlə dron səmaya qalxdı