Modern.az

Nazir ABŞ-da təhsil alan azərbaycanlı tələbələrlə görüşdü - FOTOLAR

Nazir ABŞ-da təhsil alan azərbaycanlı tələbələrlə görüşdü - FOTOLAR

Təhsil

21 Oktyabr 2025, 10:10

Elm və təhsil naziri Emin Əmrullayev ötən həftə ABŞ-yə səfəri çərçivəsində bu ölkədə təhsil alan 90-a yaxın azərbaycanlı tələbə ilə görüşüb.

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Corc Vaşinqton Universitetində keçirilən görüşdə nazir ölkəmizdə elm və ali təhsil sistemində son illərdə həyata keçirilən islahatlar, ABŞ universitetləri ilə birgə ikili diplom proqramları, elmi müəssisələrin fəaliyyətinin inkişafı və digər aktual məsələlər barədə tələbələrə məlumat verib.

Görüş zamanı Emin Əmrullayev tələbələri maraqlandıran sualları cavablandırıb, onların akademik və elmi fəaliyyət perspektivləri müzakirə olunub.

Nazir gəncləri təhsillərini başa vurduqdan sonra ölkəmizin əmək bazarına, eləcə də elm və ali təhsil mühitinə öz töhfələrini verməyə çağırıb.

Sizə yeni x var
Keçid et
Mehdiyevin gizli əlaqələri - Xəyanət haradan başladı?