Modern.az

Gələn il sertifikasiyadan keçən müəllimlərə 212,8 milyon manat AYRILACAQ

Gələn il sertifikasiyadan keçən müəllimlərə 212,8 milyon manat AYRILACAQ

Təhsil

23 Oktyabr 2025, 15:22

2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında iştirakı nəzərdə tutulur.

Sertifikasiyada uğur qazanan müəllim heyətin differensial əməkhaqqı sisteminə cəlb olunması üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 212,8 milyon manat vəsait nəzərdə tutulub.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub.

Qeyd edək ki, sertifikasiyada 30-50 bal toplayan müəllimlərin maaşına 10 faiz, 51-60 toplayanların maaşına isə 35 faiz əlavə hesablanır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, 2025-ci ildə təşkil olunmuş sertifikatlaşdırılma prosesində 21 minə yaxın müəllim iştirak edib. Builki test imtahanı mərhələsində 6600 müəllim 51 bal və daha yuxarı, 11 min 318 müəllim isə 30 bal və daha yuxarı nəticə göstərib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?