Modern.az

"Azadlıq donanması"nda həbs olunan Azərbaycan vətəndaşları hələ İsraildədirlər

"Azadlıq donanması"nda həbs olunan Azərbaycan vətəndaşları hələ İsraildədirlər

2 İyun 2010, 14:24

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov mətbuata bildirib ki, Qəzzaya humanitar yük aparan "Azadlıq donanması"nın gəmilərindən həbs olunan iki Azərbaycan vətəndaşı hələ də İsraildə saxlanılırlar.

E.Poluxovun sözlərinə görə, onların şəxsiyyəti hələlik müəyyən olunmayıb, lakin vəziyyətləri normaldır. Azərbaycan tərəfi onların azad edilməsi üçün tədbirlər görür.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi