Modern.az

80-ə yaxın direktor vakansiyası var - RƏSMİ

80-ə yaxın direktor vakansiyası var - RƏSMİ

Təhsil

30 Oktyabr 2025, 16:20

Yeni yanaşma əsasında direktorların işə qəbulu üzrə müsabiqə çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən ümumilikdə, 80-ə yaxın vakant direktor vəzifəsi müəyyənləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, bütün vakant yerlər mərhələli qaydada elan ediləcək və müsahibələr ardıcıl şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, direktor vəzifəsinə elektron sənəd qəbulu 30 oktyabr 2025-ci il saat 11:00-dan 11 noyabr 2025-ci il saat 17:00-dək //miq.edu.az/direktor  portalı vasitəsilə aparılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq