Modern.az

Xaricdə oxuyan azərbaycanlı tələbələr üçün təqaüdlər müəyyənləşdirilib

Xaricdə oxuyan azərbaycanlı tələbələr üçün təqaüdlər müəyyənləşdirilib

Təhsil

2 İyun 2010, 19:01

Nazirlər Kabineti Türkiyə, Misir, Rusiya və Ukraynanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbə, aspirant və doktorantlara təqaüdlərin müəyyən edilməsi haqqında qərar qəbul edib.
Qərarda bildirilib: "Müvafiq ikitərəfli müqavilələr əsasında dövlət xətti ilə Türkiyə Respublikası və Misir Ərəb Respublikasının ali təhsil müəssisələrində Azərbaycan Respublikasından bakalavriat və magistratura səviyyələrində təhsil alan hər bir tələbə üçün 100 ABŞ dolları, doktorantlar üçün 200 ABŞ dolları, Rusiya Federasiyası və Ukraynanın ali təhsil müəssisələrində mütəxəssis hazırlığı, bakalavriat və magistratura səviyyələrində təhsil alan hər bir tələbə, eləcə də ordinatorlar üçün 150 ABŞ dolları, aspirantlar üçün 250 ABŞ dolları, doktorantlar üçün isə 300 ABŞ dolları ekvivalentində büdcə vəsaiti hesabına aylıq təqaüd müəyyən edilsin".
 
Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi