Modern.az

Xəzər Universitetinin "Brend tələbə"ləri mükafatlandırılıb - FOTOLAR

Xəzər Universitetinin "Brend tələbə"ləri mükafatlandırılıb - FOTOLAR

Təhsil

1 Noyabr 2025, 10:47

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Bu gün AzEdu.az və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, AzEdu.az Təhsil Portalının müxbiri Esmira Əliyeva, Humanitar, sosial və elmlər fakültəsinin dekanı Milana Abbasova, Təbiət elmləri və mühəndislik fakültəsinin dekan müavini Vəfa Aslanova və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Elşad Eyvazlının universitet rəhbərliyinə və kollektivə təşəkkürünü ifadə etdiyi açılış nitqi ilə başlayıb.


“İlk növbədə bütün tələbələrimizi səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, həyatınızın hər mərhələsində “brend” adını qoruyasınız. Ali məktəbə qəbul olunanda bəlkə də düşündünüz ki, ən böyük uğuru qazanmısınız. Amma təhsil aldıqca anlayırsınız ki, həyatın hər pilləsində zəhmət, əzmkarlıq və inad vacibdir. İndi isə qarşıda sizi yeni mərhələ - iş həyatı gözləyir və orada da “brend” olmaq üçün bütün bacarığınızı ortaya qoymalısınız.

Layihə barədə də qısaca qeyd etmək istəyirəm ki, bu il ona 30-a yaxın ali təhsil müəssisəsi qoşulub. Əsas məqsədimiz gənclərin qazandıqları uğurları, istedad və nailiyyətlərini cəmiyyətə tanıtmaqdır. Hər birinizə uğurlar və yeni nailiyyətlər arzulayıram".

Daha sonra çıxış üçün Ləman Novruzovaya söz verilib. O, “Brend tələbə”adına layiq görülən tələbələri təbrik edib:


“Minlərlə tələbə arasından seçilən 10 nəfərdən biri olmaq, həm böyük fəxr hissi, həm də ciddi məsuliyyət deməkdir. Bu, universitetinizin sizin təhsil dövründəki əzminizi, bacarığınızı və nailiyyətlərinizi yüksək dəyərləndirdiyinin göstəricisidir. İnanıram ki, bu etimadı gələcəkdə də doğruldacaq, uğurlarınızı daha da artıracaqsınız.

Artıq 3 ildir ki, AzEdu.az Təhsil Portalı bu layihəni uğurla həyata keçirir. İlk illərdə 20 universitetin iştirak etdiyi layihəyə bu dəfə 29 ali məktəb qoşulub. Qarşıdakı məqsədimiz isə Azərbaycanın bütün universitetlərini bu təşəbbüs ətrafında birləşdirməkdir. Bu görüşə qatıldığınız üçün hər birinizə təşəkkür edir, həyatınızda yeni uğurlar arzulayıram".

Milana Abbasova uğurlu tələbələrin işıqlandırılmasında göstərilən səylərə görə minnətdarlığını bildirib:


“Düşünürəm ki, universitetimizdə çox sayda bacarıqlı və uğurlu tələbələr təhsil alır, hətta deyərdim ki, bu, tələbə heyətimizin təxminən 90%-ni əhatə edir. Bütün tələbələrimizi səmimi qəlbdən təbrik edir, arzu edirəm ki, növbəti illərdə də layiqli gənclərimiz bu layihədə öz yerlərini tapsınlar. AzEdu.az Təhsil Portalının rəhbərliyinə və kollektivinə təşəkkür edir, bütün tələbələrimizə gələcək fəaliyyətlərində uğurlar arzulayıram".

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Xəzər Universitetinin"Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:


Nəsibə Babayeva – Mühəndislik fakültəsinin tələbəsi;

Kərim Nəcəfli -Mühəndislik fakültəsinin tələbəsi;

Lalə İmanzadə -Mühəndislik fakültəsinin tələbəsi;

Hüseyn Musayev -Mühəndislik fakültəsinin tələbəsi;

Qəmər Nəsirova -Humanitar, Təhsil və sosial elmlər fakültəsinin tələbəsi;

Qənirə Ramizzadə- Humanitar, Təhsil və sosial elmlər fakültəsinin tələbəsi;

Günəş Tarverdiyeva- Humanitar, Təhsil və sosial elmlər fakültəsinin tələbəsi;

Zöhrə Məmmədova- Humanitar, Təhsil və sosial elmlər fakültəsinin tələbəsi;

Səriyyə Allazova- Humanitar, Təhsil və sosial elmlər fakültəsinin tələbəsi;

Fidan Qarayeva- Humanitar, Təhsil və sosial elmlər fakültəsinin tələbəsi;

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu