Modern.az

Belarus prezidenti Azərbaycandadır

Belarus prezidenti Azərbaycandadır

3 İyun 2010, 09:53

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycanın və Belarusun dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. (AzərTAc).
Belarus dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Hava limanının ali qonaqlar üçün salonunda prezident Aleksandr Lukaşenko və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol görüşü olub.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi