Modern.az

Naxçıvan Müəllimlər İnstitutu bağlanır? – RƏSMİ AÇIQLAMA

Naxçıvan Müəllimlər İnstitutu bağlanır? – RƏSMİ AÇIQLAMA

Təhsil

5 Noyabr 2025, 18:55

Son günlər Naxçıvan Müəllimlər İnstitutunun bağlanacağı, bundan sonra Muxtar Respublikada yalnız Naxçıvan Dövlət Universitetinin (NDU) fəaliyyət göstərəcəyi ilə bağlı iddialar yayılıb.

İddialara görə, bu dəyişiklik “təhsil sisteminin optimallaşdırılması” çərçivəsində həyata keçiriləcək və institutun bütün akademik bazası, müəllim heyəti və tələbələri NDU-ya birləşdiriləcək.

Modern.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı hər hansı rəsmi qərar qəbul edilməyib:

“Bu istiqamətdə müvafiq qərar qəbul olunarsa, ictimaiyyətə rəsmi qaydada məlumat veriləcək,” - deyə qurumdan bildirilib. (Mənbə: Bizim.Media)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu