Modern.az

Bakıda yeni lisey açılıb

Bakıda yeni lisey açılıb

Təhsil

7 Noyabr 2025, 09:12

Bakı Ali Neft Məktəbinin (BANM) nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, açılış mərasimində çıxış edən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva SOCAR-ın sosial layihələrə, xüsusilə təhsil və elm sahələrinin inkişafına xüsusi önəm verdiyini və bu istiqamətdə daim dəstək göstərdiyini vurğulayaraq Bakı Ali Neft Məktəbinin, yeni yaradılan Rəqəmsal Biliklər Liseyinin mühüm layihələrdən olduğunu qeyd edib.

Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev liseyin fəaliyyətinə uğurlar arzulayaraq burada yüksək nəticələr əldə olunacağına inamını ifadə edib.

Tədbirdə şagirdlərin ifasında 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim edilib

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!