Modern.az

Gəmidə saxlanılan jurnalist İsrail vəhşilikləri barədə...

Gəmidə saxlanılan jurnalist İsrail vəhşilikləri barədə...

3 İyun 2010, 15:05

Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qəzzaya humanitar yardım aparan gəmidə olan Türkiyənin "Sabah" qəzetinin müxbiri Mediha Olgun   İsrail tərəfindən başlarına gətirilən vəhşətlər barədə məlumat verib. O qeyd edib ki, gəmidə saxlanılan insanların hamısı çılpaq soyundurulub. "Öncə gəmini bir-bir axtardılar. Kameralarda olan qadınları belə avtomatik silahlarla hədə-qorxu gələrək göyərtəyə çıxartdılar. Üzərimizə əlavə paltar almağa belə imkan vermədilər. O zaman hava hələ tam işıqlanmamışdı və dəhşətli soyuq var idi. Qəzzalı uşaqlara apardığımız oyuncaq gəlincikləri sındırıb, topları yardılar. Biz bütün bunları göyərtədən izləyirdik". Onun sözlərinə görə, gəmidə axtarışlar 5 saat davam edib. Bu zaman ərzində onların başının üstündə alçaq məsafədə hərbi helikopter də dayanıb: "Helikopterin küləyinin təsirindən yerlərimizdə çətinliklə dayanırdıq. Soyuq ciyərlərimizə kimi işləyirdi. Bunu onların qəsdən etdiyinin fərqində idik". M.Olgun israilli əsgərlərin gəmidə olan bütün fotokamera, kompüterləri və telefonları müsadirə etdiyini bildirib. "Daha sonra bizi kabinələrə aparıb tamamilə soyundurdular. Corablarımızı belə aldılar. Ayaqqabılarımızı kəsib dabanlarını axtardılar". Axtarış prosesinin ən azı 10 dəfə təkrarlandığını deyən jurnalistin qeyd edib ki, onların aparıldıqları hər yerdə şəkilləri çəkilib, müxtəlif insanlar tərəfindən dəfələrlə ifadələri alınıb. Qeyd edək ki,  İsrail may ötən ayın 30-dan 31-nə keçən gecə Qəzzaya humanitar yardım aparan gəmilərə hücum edərək insanları qətlə yetirib. Ölənlərin 9 türk ölüb. onlarla insan yaralanıb. Dünən isə 466 nəfər və 9 cənazə Türkiyəyə qaytarılıb. Saxlanılanlar arasında olan iki azərbaycanlının yaxın vaxtlarda Bakıya qaytarılacağı bildirilir.

 

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi