Azərbaycanda rəsmi qarşılanma mərasimindən sonra Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Prezident İlham Əliyev qəbul edib və onlar arasında təkbətək görüş olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə edilib.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.