Modern.az

Bağçada işləmək istəyənlərin nəzərinə!

Bağçada işləmək istəyənlərin nəzərinə!

Təhsil

12 Noyabr 2025, 17:30

Tərbiyəçi-müəllim vəzifəsi üzrə müsahibəyə start verilib.

Modern.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, Noyabrın 12-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul müsahibəsinə start verilib.

Müsahibənin keçirildiyi məkan və vaxt barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR