
CNN Türkün məlumatına görə, İsrailin Qəzzaya yardım aparan "Azadlıq donanması"na hücumu zamanı qətlə yetirilən 9 nəfərin 8-nin cənazəsi dəfn olunmaq üçün bu gün Türkiyəyə gətirilib.
Qətlə yerilənlər Furkan Doğan, Necdet Yıldırım, Cevdet Kılıçdar, Ali Haydar Bengi, Cengiz Akyüz, Cengiz Songür, Çetin Topçuoğlu, Fahri Yaldız, İbrahim Bilgen adlı türklərdir. Cənazələr İstanbul Fatih Camisinə gətirilib.